Rəqqasə Fatimənin köməkçisini maşın vurdu - Vəziyyəti ağırdır

Bakının Binəqədi rayonunda yol-nəqliyyayı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Gununsesi.info- APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, A.Bayramzadə rəqqasə Fatimənin köməkçisidir.

 

 

Gununsesi.info