
Paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində oyun salonlarının birindən oğurluq olub. Gununsesi.info xəbər verir ki, hadisə qəsəbənin dağlılar məhəlləsi kimi tanının ərazisində yerləşən tanımmış rəqqasə Nigar Köksala məxsus obyektə baş verib. Oyun salonuna oğurluğa gələn şəxslər isə bu dırnaq arasıq qəhrəmanlığı isə çox asanlıqla həyata keçiriblər. Oğurluq hadisəsi açar seçmə üsulu ilə həyata keçirilib. Zərərçəkənin sözlərinə görə iyun ayının 16-dan 17-nə keçən gecə saat 1 radəsində anası oyun salonunun qapısnı açarla bağlayaraq evə gedib. Səhəri gün isə hava isti olduğundan günorta 16.00 da salonu açmağa gələn Nigar qapının açıq olduğunu görüb. Bundan sonra isə 41-ci polis bölməsinə müraciət edən Nigar hadisənin üstündən 3 keçməsinə baxmayaraq oğrulardan bir xəbər olmadığını deyir.
Zərərçəkənin sözlərinə görə oğrular oyun salonunun yanında fərdi yaşayış evinin təhlükəsizlik kamerasına düşüblər. Ancaq hüquq mühafizə orqanı əməkdaşları bu görüntülərdən hələ də istifadə etməyiblər.
Hadisə zamanı rəqqasə Nigar Köksalın oyun salonundan 2 playsation 3 oyun aparatı oğurlanıb və ona ümumilikdə 700 manat ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.





Gununsesi.info











