Rəqsanə mətbuatı hədələdi, təhqir etdi - "GEDİB P... YEYİB ÖZ AİLƏNİZ, BALANIZ HAQQINDA YAZIN, BƏSDİRİN" - FOTO+VİDEO

  • By admin
  • 20 Aprel 2017 22:37

reqsane

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkə vasitəsilə media nümayəndələrini hədələyib.

Gununsesi.info-nun muztv-yə istinadən verdiyi xəbərə görə, müğənni paylaşdığı fotoya “Mən buradan mətbuat nümayəndələrinə xəbərdarlıq edirəm, bir də mənim övladım haqqında artıq-əskik, reytinq xətrinə nəsə yazsanız cavabınızı necə lazımdır alacaqsınız.

Gedib p… yeyib öz ailəniz, balanız haqqında yazın, bəsdirin. Mən özüm lazım olanda savadlı, işini bilən, peşəkar jurnalist dostlarıma məlumat verirəm. Hər əli qələm tutan, özünü jurnalist adlandırmaq istəyən dırnaqarası zibillər mənim  uşağımdan yazmasın. Bəsdirin də, az qalırsınız reytinq xətrinə nəslinizi, kökünüzü satasınız. Yığışdırın özünüzü, çaşmayın, ağıllı olun!” qeydini yazıb.

reqsanenin qizi2

https://www.youtube.com/watch?v=0iO6WHeMonE

Gununsesi.info