Rəşad Abbasov İnterAz-ın baş redaktoru təyin olundu - KƏMALƏ ƏLİİSGƏNDƏRQIZI KANALDAN UZAQLAŞDIRILDI

  • By admin
  • 28 Sentyabr 2017 17:30
1493186538_18136661_1115215135249553_1272421556_n
ANS televiziyasının tanınmış aparıcısı Rəşad Abbasov İnterAz televiziyasında baş redaktoru vəzifəsinə gətirilib.
Gununsesi.info unikal.org-a istinadən məlumat verir ki, Xəbərlər departamentinin Baş redaktoru Kəmalə Əliisgəndərqızı isə vəzifəsindən azad edilərək kanalı tərk edib.
Bununla belə, kanalda bir sıra verilşlər bağlanıb və bəzi əməkdaşlar işdən kənarlaşdırılıb.
İnterAz rəhbərinin bu addımı atmasının səbəbi hələki bilinmir.

Gununsesi.info