Rəşad Dağlı Kəramət Böyükçöllə niyə görüşmək istəyib?

  • By admin
  • 20 Noyabr 2022 11:58

Tanınmış yazıçı Kəramət Böyükçöl bu günlərdə qəsdən adam öldürmə ittihamı ilə həbs olunan meyxanaçı Rəşad Dağlı haqqında maraqlı qeyd paylaşıb.

Gununsesi.info yazıçının sosial şəbəkə hesabına istinadən həmin qeydləri təqdim edir:

Rəşad Dağlı ilə heç vaxt üz-üzə gəlməmişəm. Ancaq təxminən, 3 ay qabaq özü votsapda mənə yazmışdı. Qəribə bir həssaslıqla danışırdı, elə bil onu hər şeydən küsdürmüşdülər. Mənə dedi, bu ölkədə yaşaya bilmirəm, səninlə görüşüb qardaşım kimi dərdləşmək, dost olmaq istəyirəm. Xaricə gedəcəyini dedi. Ətrafında bu qədər meyxanaçı dostları, fanatları olan bir adam niyə mənimlə dərdləşmək istəyir, təəccüblənmişdim. Sonra xəbər çıxmadı, zəng etmədi. Bir də ağır cinayət törədəndə Rəşad yadıma düşdü. İşin detallarını bilmirəm. Ancaq bütün hallarda heç nə insan ölümünə bəraət qazandıra bilməz. Oğlu ilə şəkli qabağıma çıxdı.
Rəşad belə bir qərar verəndə bəlkə, kimsə övladını onun yadına salsaydı, hər şey başqa cür olacaqdı.

Gununsesi.info