Rəşad Dağlının hadisəni törətdiyi yerə aparılmasının görüntüləri yayılıb -VİDEO

Bir neçə gün əvvəl tanışı İskəndər Mehtiyevi qətlə yetirən meyxanaçı Rəşad Dağlının (Əmirov) hadisə baş verən əraziyə gətirilməsinin görüntüləri yayılıb.

Bu barədə görüntüləri “İctimai” TV yayıb.

Görüntülərdə onun polislərin müşayiəti ilə maşından düşürülməsi anları öz əksini tapıb.

Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Gununsesi.inf0