Azərbaycanın Türkiyədəki səfiri Rəsulzadənin məzarını ziyarət edib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümü münasibətilə onun məzarını ziyarət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında paylaşıb:

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümündə onun məzarını dua və ehtiramla yad etdik. Ruhu şad, məkanı cənnət olsun.”

Возможно, это изображение текст

Gununsesi.info