Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - BİRİNCİ MÜAVİN OLMAYACAQ

  • By admin
  • 24 May 2022 21:33
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Gununsesi.info bildirir ki, Fərmana əsasən “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilib.

Nazirliyin Əsasnaməsində “birinci müavini və iki” sözləri “beş” sözü ilə əvəz edilib. “birinci müavin  sözləri çıxarılıb.

Prezidentin digər fərmanı ilə Nazirliyə 3 yeni müavin təyin edilib.

Fərid Turab oğlu Əhmədov, Samir Qaçay oğlu Məmmədov və Cavid Qurbanov  Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.