Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi oldu - FOTOLAR

  • By admin
  • 17 İyul 2020 15:32

“Zirə” PFK-nın baş məşqçisinin adı məlum olub.

Gununsesi.org xəbər verir ki, komandanın yeni baş məşqçisi Rəşad Sadıqov olacaq.

Mütəxəssislə üç illik müqavilə bağlanıb.

“Zirə” PFK-nın fəxri prezidenti Orxan Məmmədov klubun mətbuat xidmətinə bu barədə danışıb:

“Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə etdik. Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur.

“Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.

Gununsesi.org