Rəsmi Ankara: “BƏƏ Yaxın Şərqdə qarışıqlıq yayır”

  • By admin
  • 13 May 2020 19:38

Türkiyə Birləşmiş Ərəb Əmirliklərini Liviya və Yəmənə müdaxilələri ilə Yaxın Şərqə qarşıqlıq yaratmaqda ittiham edib. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin orada hərbi personal yerləşdirməsi və Suriyadakı döyüşçülərin Tripolidə beynəlxalq səviyyədə tanınan hökuməti dəstəkləmək üçün ölkədə yerləşdirilməsinə kömək etməsi ilə bağlı Liviya münaqişəsindəki rolunu tənqid edənlərə cavab verib.

Liviya paytaxtına hücum edən Xəlifə Haftarın qüvvələrini dəstəkləyən Birləşmiş Ərəb Əmirlikləri və Misir bazar ertəsi Yunanıstan, Kipr və Fransa ilə birlikdə “Türkiyənin Liviyaya hərbi müdaxiləsi”ni qınayaraq ortaq bəyanatla çıxış edib.

Çavuşoğlu Türkiyənin Akit TV kanalına verdiyi açıqlamada Birləşmiş Ərəb Əmirliklərinin Misir və adını açıqlamadığı digər ölkələrlə birlikdə “bütün bölgədə qeyri-sabitlik yaratmağa çalışdıqlarını” deyib, ancaq Əbu Dabiyə xüsusi yer ayırıb.

“Regionda sabitliyi kim pozur, xaosu kim gətirir deyə soruşsanız, heç bir tərəddüd olmadan Əbu Dabi cavabı verərdik” – deyə Çavuşoğlu bildirib. “Bu, bir reallıqdır ki, Liviyada qeyri-sabitlik yaradan və Yəməni məhv edən qüvvə onlardır”, o əlavə edib.

Xəbər amerikaninsesi.org saytında dərc edilib.

Gununsesi.org