Rəsmi Bakıdan Ermənistanın növbəti əsassız iddiasına CAVAB

  • By admin
  • 23 Mart 2022 14:24

Ermənistan XİN-i bir neçə gün öncə beynəlxalq təşkilatların Azərbaycan ərszisində keçirilən tədbirdə iştirakı ilə bağlı, indi isə digər bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir.

Gununsesi.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Qarabağa qaz təminatı ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü növbəti əsassız iddiasına dair KİV-in sualını cavablandırarkən deyib.

“Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır.

Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin”, – o bildirib.

Gununsesi.info