Rəsul Cəfərov Elçin Sadıqovun müdafiəsinə qoşuldu

“Mən də vəkil olaraq həmkarım Elchin Sadigov-un hüquqlarının müdafiəsinə qoşuldum”.

Gununsesi.info bildirir ki, bunu Vəkillər Kollegiyasına yeni üzv qəbul olunan, keçmiş siyasi məhbus Rəsul Cəfərov deyib. O, bildirib ki, araşdırmaların aparıldığı dövrdə Elçinin azadlıqda qalmasına heç bir hüquqi maneə yoxdur, o azad edilməlidir: “Həbs qət-imkan tədbirinin seçilməsi ilə bağlı qərardan şikayət, şikayət təmin edilməyəcəyi təqdirdə onun ev dustaqlığına buraxılması üçün vəsatət. veriləcək”

Qeyd edək ki, bir neçə il əvvəl Rəsul Cəfərov həbs edilərkən, Elçin Sadıqov da onun vəkili olub.

Gununsesi.info