Rəsul Quliyev Azərbaycana gəlmək istəyir - Açıqlama

  • By admin
  • 04 Dekabr 2021 16:18
“Düşünmürəm ki, Azərbaycana gəlməyimdə maneə var”.
Gununsesi.info-nun xəbərinə görə, bunu sabiq spiker Rəsul Quliyev bildirib.
Rəsul Quliyev həmdə qeyd edib:
“Hesab edirəm, nə vaxt istəsəm, Azərbaycana gələ bilərəm… Hələ fikirləşirəm. Tutaq ki, Azərbaycana gəlmişəm, nə işlə məşğul olacağam?! Elə adam deyiləm ki, boş-boş danışam, yalançı şüarlar səsləndirəm… Belə adamlardan da zəhləm gedir. Nə vaxt mənə ehtiyac olarsa, gələcəyəm. Ola bilər, 15 günlük gəlim… Vətəni sevməyin vətəndə olmaqla heç bir əlaqəsi yoxdur. Mən burada ola-ola vətəni vətəndə olanların 90 faizindən daha çox sevirəm”.
Gununsesi.info