
Azərbaycan peşəkar musiqi sənətinə bəstələdiyi və ifa etdiyi “Sevənlər qovuşmadı”, “Dərd əlindən qaçıram mən”, “Qal baxa-baxa” hit mahnılarıyla gələn bəstəkar-müğənni Rəvan Habiloğlu səhnədə və şou-biznes aləmində müddətdir ki, görünməməsinin səbəbini açıqlayıb.
Gununsesi.info-nun xəbərinə görə, R.Habiloğlu atasının vəfatından sonra həm səhnə, həm də iş həyatından sakitliyə çəkilib. Bəstəkar-müğənni bildirib ki, buna səbəb atası, Azərbaycanın Xalq Artisti, kaman ustası Habil Əliyevin ölümündən sarsılması olub.
R.Habiloğlu qeyd edib ki, atasının itkisini qəbul edə bilmir: “Çox çətindir əzizlərini itirmək. Atamı itirdikdən sonra sanki boşluğa düşdüm. Hələ də bu boşluqdan çıxa bilmirəm”-, deyə o bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info












