“Rabitə işi”ndə proses təxirə salındı - TƏQSİRLƏNDİRİLƏN ŞƏXSİN ŞƏKƏRİ QALXIB, SƏHHƏTİ PİSLƏŞİB

  • By admin
  • 16 İyun 2017 16:21

rabite

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

Gununsesi.info-nun məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesə təqsirləndirilən Bayram Vəliyevin gəlmədiyi elan olunub.

Hakim bildirib ki, Bayram Vəliyevin müalicə müəssisəsində saxlanılır. Təqsirləndirilən şəxsin şəkəri qalxdığı üçün müalicə müəssisəsindən məhkəməyə gətirilməsi mümkün olmayıb.

Hakim əlavə edib ki, təqsirləndirilən şəxslərdən biri iclasda iştirak etmədiyi halda prosesin davam etdirilməsi mümkün deyil.

Növbəti proses iyunun 21-də davam edəcək.

Gununsesi.info