
Radikal dini qruplar Somalinin paytaxtı Moqadişo şəhərində iki terror aktı həyata keçirib.
Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, partlayışlar nəticəsində 150-yə yaxın insan həlak, 500-ə qədər də yaralı var.
Hökumət terrora görə, “Əl-Şəbab” dini qruplaşması şübhəli bilib.
Beş il əvvəl, 2017-ci il oktyabrın 14-də eyni qovşaqda baş verən partlayış nəticəsində 500-ə yaxın insan ölüb, 300 nəfər yaralanıb.
Somali prezidenti hadisəni “vəhşi və qorxaq terror hücumu” adlandırıb.
O, hücumda “Əl-Şəbab”ı günahlandırıb.
“Əl-Şəbab” “Əl-Qaidə” və “Boko Haram”la əlaqəli radikal cihadçı qrupdur.
Onun yaraqlıları Somalinin kənd rayonlarının bir hissəsinə nəzarət edirlər. Bu təşkilatın indiyə qədər Somalidə çoxsaylı terror aktları həyata keçirib.
Günay
Gununsesi.info