Rafael Ağayevə yeni vəzifə və rütbə verildi

  • By admin
  • 10 Fevral 2022 17:24

Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə yeni rütbə və vəzifə verilib.

Gununsesi.info xəbər verir ki, bu barədə idmançının İnstaqram hesabında paylaşım edilib.

R.Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib və ona mayor rütbəsi verilib.

HTML tutorial

Qeyd edək ki, o, bu günə qədər “Azerterminalkompleks” Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsində çalışırdı.

 

 

Gununsesi.info