Rafael Ağayev qrupdakı son görüşündə uduzdu

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Gununsesi.info xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançı B qrupundakı sonuncu – dördüncü döyüşündə italiyalı Luici Busa ilə üz-üzə gəlib.

HTML tutorial

5 qat dünya və 11 qat Avropa çempionu görüşün bitməsinə 56 saniyə qalmış zədələnsə də, döyüşü sonadək davam etdirib. Qarşılaşma Ağayevin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.