Xalq artisti Rafael Dadaşovun səhhətindən xəbər var.
Gununsesi.info axsam.az-a istinadən xəbər verir ki, iki gün öncə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən sənətkarın vəziyyəti tədricən stabilləşir.
Bu barədə aktyorun oğlu Emil Dadaşov deyib:
“Hazırda atam sistem altındadır. Təzyiqi aşağı düşmüşdü, şəkəri qalxmışdı. Yaşlı adamdır da. Amma şükür, həkimlərin müdaxiləsindən sonra hər şey qaydasındadı. Səhhəti stabilləşməyə doğru gedir”.
Qeyd edək ki, Rafael Dadaşov 1946-cı ildə Bakıda anadan olub.
Gununsesi.info