Rafiq Abbasovun Әhmәd Әhmәdovun yerinə təyinatı haqda xəbər TƏKZİB EDİLDİ

  • By admin
  • 21 Avqust 2017 09:23

ehmed

Polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunması haqqında yayılan məlumat həqiqətə uyğun deyil.

Gununsesi.info xəbər verir ki, bu barədə haqqin.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunması barədə xəbəri virtualaz.org saytı yaymışdı.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Әhmәd Әhmәdov bu günlərdə hәbs olunub vә Kәngәrli rayonundakı Böyükdüz tәcridxanasına göndәrilib.

Gununsesi.info