Rafiq Cəlilov Vətən müharibəsi qazisini ziyarət etdi - FOTOLAR

  • By admin
  • 13 Yanvar 2023 19:05

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən müharibəsi qazisi Hüseynov Elnur Malik oğlunu evində ziyarət edib.

Gununsesi.info xəbər verir ki, Rafiq Cəlilov qazi ilə söhbət zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, əsgər və zabitlərimizin şücaətindən, habelə bu gün ölkəmizdə şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısından danışıb.

Elnur Hüseynov cəbhə xatirələrini bölüşüb, keçdiyi döyüş yolundan danışıb.

Sonra ailənin qayğıları ilə maraqlanılıb, RİH başçısı tərəfindən qaziyə smartfon telefon hədiyyə edilib, yardım göstərilib.

Vətən müharibəsi qazisi və valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Cəlilabad şəhərində yaşayan qəhrəman döyüşçü “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.







Gununsesi.info