Rafiq Hüseynovun nəşi noyabrın 1-də Azərbaycana gətiriləcək

  • By admin
  • 30 Oktyabr 2017 13:16

Almaniyadakı xəstəxanalardan birində vəfat etmiş Xalq Artisti Rafiq Hüseynovun nəşi 2 gün sonra, noyabrın 1-də Azərbaycana gətiriləcək.

Gununsesi.info bildirir ki, bu barədə “report”a açıqlamasında Xalq Artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

O qeyd edib ki, Rafiq Hüseynovun harada dəfn olunacağı isə hələ məlum deyil: “Hələ heç nə bilinmir. Nəşi gətirsinlər, sonra bilinəcək”.

Gununsesi.info