Rahiblər arasında homoseksual münasibətlər kilsənin bağlanmasına səbəb oldu

  • By admin
  • 11 Mart 2024 12:09

Cənubi Kipr Rum Administrasiyasında iki keşişin homoseksual münasibətdə olması, kilsədə 800 min avro saxlaması və korrupsiya ittihamları ilə monastır bağlanıb.

Gununsesi.info bildirir ki, Yunanıstan mətbuatında yer alan xəbərə görə, Cənubi Kipr Rum Administrasiyasının Fterikoudi kəndindəki Osiou Avvakum monastırında çalışan iki keşişin homoseksual əlaqədə olduğu, kilsədə 800 min avro saxladığı və korrupsiyaya yol verdiyi iddia edilib.

İddialardan sonra Kipr ortodoks kilsəsi araşdırmaya başlayıb. Araşdırma çərçivəsində monastırın müvəqqəti bağlandığı, 2 keşişin kilsədən uzaqlaşdırılacağı bildirilib.

Sözügedən keşişlər ittihamları rədd ediblər.

 

Gununsesi.info