
Suriyanın Rakka şəhərinin azad olunması əməliyyatları yaxın günlərdə start götürəcək.
Axar.az CNN-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Fransanın Müdafiə naziri Jan-İv Lö Drian çıxış edib.
Nazirin sözlərinə görə, Rakka artıq mühasirədədir, onun azad olunması əməliyyatı isə start götürmək üzrədir.
***
Suriya Demokratik Qüvvələri (SDQ) Rakka şəhəri uğrunda İŞİD terrorçuları ilə döyüşlərə başladıqlarını açıqlayıb.
SDQ hazırda Rakka şəhəri yaxınlığındakı Tabqa su bəndi rayonu ərazisində şiddətli döyüşlərin davam etdiyini bildirib.
Qeyd edək ki, ötən gün ABŞ koalsiyasının təyyarələri ilk dəfə olaraq Suriyada Rakka şəhəri yaxınlığındakı Tabqa su bəndi rayonunda əməliyyat keçirib.
Gununsesi.info