Ramazan ayı bu tarixdə başlayır – Rəsmi

  • By admin
  • 20 Fevral 2024 14:47

Ramazan ayının ilk günü mart ayının 11-i başlayır.

Gununsesi.info xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat verib.

“Qafqaz Müsəlmanları İdarəsindən Rəsadxanaya verilmiş sorğu əsasında deyə bilərik ki, bizdə olan təqvimə görə, mart ayının 11-i Ramazan ayının ilk günüdür. Aprel ayının 10-u isə bayram gözlənilir”, – QMİ bildirib.

Qeyd edək ki, Türkiyə Dəyanət İşləri Komitəsi də 11 martın Ramazanın ilk günü olduğunu elan edib.

Gununsesi.info