Ramazan ayı insanın təmizlənməsi üçün böyük  fürsətdir

  • By admin
  • 11 İyun 2016 11:52

 xurma su date_water

Oruc, insanın özünü tutması ilə təqvaya yaxınlaşmasını təmin edən möhtəşəm bir ibadətdir.

Gununsesi.info məlumat verirki, oruc, insanın iradəsini gücləndirir və ona təqva qazandırır.  Oruc; yemədən, içmədən gününü keçirmək ilə açıqlana biləcək bir ibadət deyil. İbadətlər özünün kəsb etdiyi mənaları və faydaları ilə açıqlanır. Oruc ibadəti, təqva, iradə, fədakarlıq kimi bir çox faydaları insana bəxş edər.

Oruc tutmaq, özünü tutmaqdır. Oruclu olarkən ibadət şüuru ilə hərəkət etmək lazımdır. Oruclu olarkən danışığını pozan, dava edən insan Allahın, oruc ilə ona qazandırmaq istədiyi təqvanı davranışları ilə rədd etmiş olur. Özünü tuta bilən insanlar ancaq orucu haqqı ilə tuta bilər.

“Siz, ey iman edənlər! Oruc sizdən əvvəlkilərə olduğu kimi sizə də vacib yazıldı; bəlkə bundan sonra təqvaya çatarsınız”. (Əl-Bəqərə, 183)

Orucu pozan şeylərin ən incə detallarına qədər incələndiyi və bəzən də qabardıldığı günümüzdə oruc ibadətinin özünü qavramaq və təqva məqsədi ilə orucları bəzəmək lazımdır.

Ramazan ayı, 11 ay boyunca üzərimizə çökən kirlərin təmizlənməsi üçün böyük bir fürsətdir. Bu fürsəti dəyərləndirmək və təqva yolunda addımlaya bilmək üçün ömrümüzün Ramazan olması duası ilə… (din.az)