“Ramazan ayı onları öldürmək üçün ən yaxşı vaxtdır” – Millət vəkilindən açıqlama

“Ramazan onları öldürmək üçün ən yaxşı vaxtdır”.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri İsraildə ifrat sağçı Yəhudi Güc Partiyasından olan millət vəkili Almoq Koen deyib İsrailin Kanal 14 televiziyasında iştirak etdiyi proqramda deyib.

 

O, ölkəsini fələstinlilərin sığındığı Qəzza zolağının Rəfah şəhərinə qurudan hücuma çağırıb.

İsrailli vekilden skandal açıklama: Ramazan ayı Filistinlileri öldürmek için en iyi zaman

1,5 milyon Fələstinlilinin sığındığı Rəfaha  quru hücumu ilə bağlı ABŞ administrasiyasının mövqeyi ilə bağlı suala Koen, “Rəfaha quru hücumu ilə bağlı qərar Baş nazir Benyamin Netanyahuya məxsusdur” -deyə cavab verib.

 

“Rəfaha qurudan girilməlidir? Sümüklərini qırmaq üçün oruc tutan, yorğun və halsız ikənmi olmalıdır? Ramazan ayı onları öldürmək üçün ən yaxşı vaxtdır. Onlar yorğun və zəifdirlər. Yazıq deyiləm. Onlara, qardaşlarıma (İsrailli məhbuslara) yazığım gəlir.Baş naziri (Netanyahu-red.) Rəfaha girib onları öldürməyə çağırıram”,– deyə o bildirib.

 

 

 

Şəbnəm

Gununsesi.info