Ramazan ayının başlanma vaxtı açıqlandı

  • Müəllif: admin
  • 04 May 2017 16:34

qmi-qafqaz-muselmanlari-idaresi

Azərbaycanda bu il Ramazan ayının başlanma tarixi məlum olub.

Gununsesi.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı təqvimə görə, bu il Ramazan ayı mayın 27-də başlayacaq.

Müqəddəs ayın Qədr gecəsi (əhya) iyunun 13-də, 15-də, 17-də və 21-də olacaq.

Ramazan bayramı isə iyunun 26-da qeyd olunacaq.

Gununsesi.info