Ramazan və Qurban bayramlarında neçə gün evdə olacağıq?

Xəbər verdiyimiz kimi, gələn ilin bayram günləri müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, Baş nazirin Qərarına əsasən, gələn il martın 30 və 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri kimi müəyyən edilib.

Qərara əsasən, gələn il martın 30 və 31-i ölkəmizdə Ramazan bayramı qeyd olunacaq.

31 mart həftənin bazar ertəsinə təsadüf etdiyi üçün 1 aprel tarixi də qeyri-iş günü olacaq.

Bununla da, Ramazanda 3 gün – 30 – 31 mart və 1 aprel tarixlərində iş olmayacaq.

Qərara əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Gələn il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.

Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün gələn il Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.

 

 

Gununsesi.info