“Ramazanda əfv ola bilər” - NOVELLA CƏFƏROĞLU

  • By admin
  • 28 İyun 2016 11:39

 

novella

HTML tutorial

“Hamının adını təqdim etmişik”

Azərbaycanda bu ilin  mart ayında  siyasi məhbuslar əfvlə məhdud sayda azadlığa buraxılsalar da, onların əksəriyyəti hələ də həbsdə qalmaqdadır. Fəalların davamlı həbsi və azadlıqdan məhrum edilməsi bu  əfvin əhəmiyyətini xeyli azaltdı. Azərbaycanın beynəlxalq tərəfdaşları bütün siyasi məhbusların azad olunması və vətəndaş cəmiyyətinə edilən basqılara son qoyulması tələbləriylə çıxış etsələr də, Milli Məclisin mayın 2-də keçirilən iclasında qəbul edilmiş amnistiya aktı siyasi məhbuslara şamil edilmədi. Bu isə cəmiyyətdə birmənalı qarşılanmadı.

Gununsesi.info-açıqlamasında İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu bildirib ki, tezliklə əfv  gözlənilir: “Əfv gözlənilir. Lakin bunun Ramazan və ya Qurban Bayramında baş verəcəyini dəqiq bilmirik”-, deyə o bildirib.  Novella Cəfəroğlu qeyd edib ki,  insan hüquqlarının müdafiəçiləri hazırda həbsdə olan siyasi liderlər, blogerlər və AXCP üzvlərinin siyahısını hazırlayaraq, Əfv Komissiyasına təqdim ediblər: “Bu siyahıda İlqar Məmmədov və Fuad Qəhrəmanlının da adları qeyd edilib. Lakin əfv haqqında son sözü prezident İlham Əliyev deyəcək”.

Gülaz Qənbərli