İyul ayında qeyd olunacaq Ramazan bayramında 2 gün qeyri-iş günü olacaq. Gununsesi.info Nazirlər Kabinetin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə baş nazir Artur Rasizadə 24 dekabr 2015-ci il tarixində qərar qəbul edib.
Qərara əsasən iyulun 6 və 7-si Ramazan bayramıdır.
Xatırladaq ki, qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.