Müğənni AyazQasımov Ramazanda toy etdiyi üçün tənqid atəşinə tutulub.
Gununsesi.info xəbər verir ki, ifaçı Ayaz Qasımov oğlu Nurlana şadlıq saraylarından birində kiçik toy məclisi təşkil edib. Şənlik Ramazan ayına təsadüf etdiyi üçün fanatları tərəfindən bir mənalı qarşılanmayıb, tənqid və təhqirlərə məruz qalıb. Bu barədə sənətçi özü açıqlama verərək bildirib ki:
“Əziz dostlar bizim məclisimiz iftardan sonra və içkisiz məclis olub. Xahiş edirəm heç kim bilmədən yanlış ifadələr işlədib günah etməsin. Ramazan ayı gözəl aydır, Allah hər birinizin oruc və ibadətini qəbul etsin.”
Sevinc Xeyrulla
Gununsesi.info