Ramazanla bağlı dini təqvim pozulub – Açıqlama

  • By admin
  • 21 İyun 2016 11:30

dini

 

Monitorinqlər zamanı Ramazanla bağlı dini təqvimin Qazax və şimal-qərb bölgəsində pozulması hallarına rast gəlinib. Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Komitə rəsmisinin sözlərinə görə, təqvim rəsmi din xadimləri deyil, müəyyən qrup şəxslər tərəfindən pozulub: “Biz bunu anlaşılmazlıq kimi qiymətləndiririk. Gələcəkdə bu kimi hallara rast gəlinərsə, buna yol verən şəxslər cəzalandırılacaq”

S.Heydərov onuda əlavə edib ki, ötən il qanunsuz dini ədəbiyyat satışına görə 15 nəfər məsuliyyətə cəlb olunub.(APA)