Ramazanov əzmkarlığı ilə seçilən futbolçudur - Qurban Qurbanov

  • By admin
  • 07 Yanvar 2017 09:47

qurban-3

Ağdamın “Qarabağ” futbol klubu milli komandamızın hücumçusu Ağabala Ramazanovu transfer edib.

Gununsesi.info xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu transferlə bağlı fikirlərini bildirərkən deyib ki, Ağabala Ramazanov gənc və istedadlı futbolçudur, məğlub olmağı sevmir:

“Onun oyun üslubu komandamızın hücumlarına əlavə sürət və güc qatacaq. Əminəm ki, o, komandamızda oynadığı müddətdə öz ustalığını artırmaq üçün yaxşı imkan qazanacaq. Ağabala əzmkarlığı ilə seçilən futbolçulardandır. O, komandamızın oyun üslubuna uyğun futbolçudur”.

Gununsesi.info