Ramil Səfərov Milli Məclisdə - QƏNİRƏ PAŞAYEVA ZABİTİMİZİ QƏBUL EDİB + FOTO

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla görüşüb.
Gununsesi.info-nun xəbərinə görə, Mədəniyyət Komitəsində baş tutan görüşdə, Qənirə Paşayeva Ramil Səfərovu doğum günü münasibətilə də təbrik edib, ona şəxsi və iş həyatında uğurlar arzulayıb. Zabitimizin gələn ilki doğum gününü doğma Cəbrayılda keçirməsini arzu edən, Q.Paşayeva, əslində, bunun yalnız bir arzu olmadığını, dərin inamın ifadəsi olduğunu deyib. – “Bu inamı bizə cənab Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizi və sizin kimi vətənpərvər zabitlərimizə bəslədiyimiz inam verir. İnşallah, Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağımızda torpaqlarımızı işğaldan azad edib, o torpaqlarda ləyaqətli həyatı bərpa edəcəyik”.
Komitə sədri Qənirə Paşayeva Ramil Səfərova vətənimizin müdafiəsi istiqamətindəki fəaliyətində daha da böyük uğurlar diləyib.


Gununsesi.info