Ramil Səfərovun rütbəsi artırıldı - FOTO

  • By admin
  • 11 Dekabr 2017 10:30
Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan, 8 il 6 ay cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan və prezident tərəfindən azadlığa buraxılan mayor Ramil Səfərovun rütbəsi artırıldı.
Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, bir neçə gün əvvəl mayor Səfərova polkovnik-leytenant rütbəsi verilib.
Gülnaz Qənbərli
Gununsesi.info