Ramil Şeydayev “Neftçi”yə keçməməsinin səbəbini açıqladı

  • By admin
  • 14 Yanvar 2017 16:42

78237

 

Azərbaycan millisinin və Türkiyənin “Trabzsonpor” klubunun hücumçusu Ramil Şeydayev müsahibəsi

– “Trabzonspor”da oynamaq şansı qazanmırsınız. Bunun səbəbi nədir?

– Oynayıb-oynamamağımla bağlı qərar baş məşqçiyə aiddir. Niyə heyətə salmır, səbəbini bilmirəm. Bu sualı ona versəniz, yaxşı olar.

– Son günlərdə adınız Türkiyənin “Samsunspor” və Çexiyanın “Yablonets” klubları ilə hallanır…

– Bu məlumatlar doğru deyil. Çünki mənə nə “Samsunspor”dan, nə də “Yablonets”dən təklif gəlib. Siz də görürsünüz ki, “Trabzonspor”da məşq edirəm. Komandamla birlikdəyəm. Nə olacağınız da görəcəyik.

– Ərsun Yanalla münasibətləriniz necədir? Hazırda çətin vəziyyətdə olan “Trabzonspor”a kömək edəcək durumdasınız. Amma o, sizə güvənmir…

– Ərsun Yanalla münasibətlərimdə heç bir problem yoxdur. Onunla yaxşı münasibətim var. Yanal bizim məşqçimizdir və heyəti o müəyyənləşdirir. Kimi meydana buraxmasına da hörmətlə yanaşmaq lazımdır. Mən burda öz şansımız gözləyirəm.

– “Neftçi” sizi transfer etmək istəsə də, bu keçid baş tutmadı. Danışıqlarda razılığa gəlmədiniz?

– Məsələ odur ki, mən Avropada qalmaq istəyirəm. Buna görə də Avropa klubları ilə danışıqlar aparıram. Nə baş verəcəyini siz də görəcəksiniz…

Gununsesi.info