Ramil Usubov bu nazirin qardaşı oğluna vəzifə verdi - YENİ TƏYİNAT

  • By admin
  • 04 Sentyabr 2017 16:50
Ramil Usubov
Bakının dörd rayonuna yeni polis rəisləri təyin olunub.
Gununsesi.info report.az-a istinadən bildirir ki, polis polkovnik-leytenantı Emin Çələbiyev Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin, polis polkovnik-leytenantı Eldar Qazıbəyov Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin, polis mayoru Elnur Əliyev Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin, polis polkovnik-leytenantı Natiq Camalov isə Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.
Gununsesi.info