Ramil Usubov generalın qardaşına vəzifə verdi

  • By admin
  • 07 İyun 2019 17:15

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə yeni rəis təyin olunub.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyev işdən azad olunaraq, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi təyin edilib.

4-cü Polis Bölməsinin rəisi polis polkovniki Etibar Balakişiyev isə DİN Baş Kadrlar İdarəsinin sərəncamına verilib.

Qeyd edək ki, Rahib Mirzəyev DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Bundan başqa, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bayram İslamov işdən çıxarılaraq, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub. 21-ci Polis Bölməsinin rəisi vəzifəsinə isə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi Rəşad Əhmədzadə təyin edilib.

Bayram İslamov Xəzər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Gülağa Bayramovun, Rəşad Əhmədzadə isə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı Mübariz Əhmədzadənin oğludur.

Gununsesi.org