Bu gün sabiq Daxili işlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.
Gununsesi.org xəbər verir ki, yeni Daxili işlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi də keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət Eyvazov Azərbaycan Respublikasının yeni Daxili işlər naziri təyin edilib.
Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.