Ramil Usubov onu işdən çıxardı

  • By admin
  • 29 Mart 2019 09:44

Zərdab rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rəşad Xəlilov vəzifəsindən azad edilib. 

Gununsesi.org bildirir ki, bu haqda Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Onun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab rayon Polis Şöbəsinin rəisi təyin olunub.