

Daxili işlər naziri Ramil Usubov qayını Nüsrət Şirinovu yüksək vəzifəyə təyin edib.
Gununsesi.info mia.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Katibliyinin rəisi olan general-mayor Nüsrət Şirinov bundan sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini icra edəcək.
Bu idarənin əvvəlki rəisi Ərziman Əliyev bir müddət öncə pensiya yaşının çatması ilə bağlı işdən çıxarılıb.
Gununsesi.info