Ramil Usubov vətəndaşları qəbul edəcək

  • By admin
  • 08 Aprel 2017 11:36

ramil

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov  aprelin 29-da Göyçayda vətəndaşları qəbul edəcək. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsində keçiriləcək qəbul saat 10:00-da başlayacaq.

Qəbulda Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinlərini iştirak edəcək. Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Gununsesi.info