Ramil Usubov yeni vəzifəsində bu işləri görəcək -AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA ƏSASƏN

  • By admin
  • 21 İyun 2019 09:32

Dünən prezident İlham Əliyev Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edərək Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edib.

Gununsesi.org xəbər verir ki, Prezident yanında Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılıb.

Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Konstitusiyanın 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.

 Şuraya vitse-prezident, Milli Məclisin sədri, baş nazir, Prezident administrasiyasının rəhbəri, dövlət müşavirləri, baş prokuror, xarici işlər naziri, müdafiə naziri, dövlət təhlükəsizlik xidmətinin rəisi, daxili işlər naziri daxildir.

Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir.

Şuranın Katibi funksiyalarını dünənki sərəncama qədər Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirirdi. Şuranın katibi Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası onun təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir.

Gununsesi.org