Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair ikitərəfli məsləhətləşmələr aparmaq üçün Bakıya gələcək.
Gununsesi.org-un verdiyi xəbərə görə, bu barədə “TASS” agentliyinə Şuranın Mətbuat xidmətindən bildirilib.
“Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək. O, Bakıda Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və hər iki ölkənin bir sıra nazirliklərinin və dövlət strukturlarının nümayəndələri ilə Rusiya-Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr aparacaq”, – deyə məlumatda qeyd olunub.
Gununsesi.org