Ramildən daha bir uğur: Avropanın ən yaxşısı...

  • By admin
  • 01 Sentyabr 2017 22:05

ramil_quliyev
Londonda keçirilən dünya çempionatında Türkiyəyə qızıl medal qazandıran azərbaycanlı atlet Ramil Quliyev Avropanın ən yaxşı atleti olmağa namizəddir.

Axar.az xəbər verir ki, Türkiyə Atletika Federasiyası Ramil Quliyevin Avropa Atletika Federasiyası tərəfindən hər ay keçirilən “Ayın Atleti” nominasiyasında namizəd kimi göstərildiyini açıqlayıb.

Avropa Atletika Federasiyasının saytında keçirilən səsvermədə səslər Tvitter vasitəsilə “re-tweet”, Feysbuk vasitəsilə də bəyənmə (“like”) ilə verilir. Səsvermə sentyabrın 4-də başa çatacaq.

 

Gununsesi.info