Dələduzluqda təqsirli bilinərək 7 il 1 ay müddətinə məhkum edilmiş ictimai fəal Ramin Hacılı ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
Gununsesi.info-nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda əvvəlki instansiyanın qərarı dəyişdirilib.
Yeni qərara əsasən Ramin Hacılının cəzası 11 ay azaldılıb.
Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib. İctimai fəal kimi tanınan Ramin Hacılı, eyni zamanda Azərbaycan Avropa Hərəkatının sədri olub.
Gununsesi.info