Ramin Quluzadəyə daha bir vəzifə verildi

  • By admin
  • 11 İyul 2016 18:40

ramin_quluzade_012

 

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının tərkibində dəyişiklik edilib. Gununsesi.info-nun məlumatına görə, prezident İlham Əliyevin imzaladığı “UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncama əsasən, komissiya sədrinin müavini Əli Abbasovun yerinə Ramin Quluzadə, komissiyanın üzvü Samir Nuriyevin yerinə isə Əsgər Ələkbərov təyin olunub.

 

Gununsesi.info