
“Çox şükür, iflic olsam da, yataq xəstəsi deyiləm!” Gununsesi.info-nun məlumatına görə, bu haqda son illər yalnız xəstəlik xəbərləri ilə gündəmə gələn xalq artisti Ramiz Əzizbəyli 1xəbər.com-a açıqlamasında deyib. 68 yaşlı aktyor səhhətində problemlər olsa da, şikayətlənməyib: “Yaxşıyam, özümü çox gözəl hiss edirəm. Çox şükür, iflic olsam da, yataq xəstəsi deyiləm. Bayıra çıxıram, gəzməyə gedirəm. Elə bu günlərdə Şamaxıya – bacanağımgilə getmişdim. Müalicəm davam edir, hər şey yaxşıdır. Artıq bu vəziyyətimlə barışmışam. Mənəvi olaraq güclüyəm, əsas budur”.
Qeyd edək ki, təxminən 3 ilə yaxındır insult keçirən aktyorun bir tərəfi iflic olub. Prezident İlham Əliyev Xalq artistinə təqaüd ayırıb.
Gülnaz Qənbərli