Ramiz Mehdiyev: “Cəmiyyət bu insanların riyakarlığını görmək və müqayisə etmək imkanı qazanıb”

  • By admin
  • 11 Fevral 2022 09:13

AMEA-nin prezidenti Ramiz Mehdiyev vaxtı ilə ona tərif deyən insanların indi onu tənqdilərə məruz qoyması ilə bağlı Amerikanın Səsinin sualına belə cavab verib: “Mən bu mövzuya fəlsəfi yanaşıram. İnsan təbiəti naqisdir. Qurani-Kərimdə qeyd edilir ki, insan nankor varlıqdır. Siz çox doğru qeyd edirsiniz ki, bu gün məni ləkələməyə çalışan şəxslərin əksəriyyətinin bu səviyyəyə gəlib çıxmasında mənim əməyim, zəhmətim, dəstəyim olub. Ancaq səmimi deyim ki, mən bu adamları dəstəkləyərkən onların vətənimizə faydalı ola biləcəyini, ziyalı mühitinin formalaşmasında aktiv iştirak edəcəklərini düşünürdüm. Ancaq zaman göstərdi ki, onların əksəriyyəti ziyalı adına ləkə oldular. Onların dediklərinin ən tutarlı cavabı onların keçmişləridir. Hesab edirəm ki, mənə qarşı hücum kampaniyasına bu şəxsləri cəlb edənlər əslində, mənə böyük yaxşılıq ediblər, məni onlara uzun-uzadı cavab vermək zəhmətindən qurtarıblar. Bu insanların keçmişini, ötən illərdəki bəyanatlarını xatırlatmaqla biz hər şeyi demiş oluruq. Cəmiyyət bu insanların riyakarlığını görmək və müqayisə etmək imkanı qazanıb.”
Mehdiyev istefa çağrışlarını isə ciddi qəbul etmədiyini deyib.

Gununsesi.info